Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / İran və Azərbaycan avtomobil istehsalına başlayır – İldə 10 min ədəd

İran və Azərbaycan avtomobil istehsalına başlayır – İldə 10 min ədəd

Azərbaycan və İran yaxın vaxtlarda beş avtomobil markasının istehsalına start verəcək.

AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə bildirib.

Ticarət attaşesinin sözlərinə görə, avtomobillərin birgə istehsalına 2018-ci ilin martında başlanılacaq.

Nağızadə qeyd edib ki, İranın “Iran Khodro” və Azərbaycanın “AZMAŞ” şirkətləri avtomobillərin istehsalına 2018-ci ilin martında başlayacaq: “Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə 5 min avtomobil istehsal etməyi planlaşdırır”.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …