Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / İran Türkmənistanı məhkəmə ilə hədələyib –Səbəb

İran Türkmənistanı məhkəmə ilə hədələyib –Səbəb

İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Reza Araki qiymətin endiriləcəyi halda Türkmənistan qazını almağa davam edəcəklərini bəyan edib.

İRNA agentliyi İran Neft və Qaz Nazirliyinə istinadən Türkmənistanın İranın şərtləri ilə razılaşmayacağı halda Tehranın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyi barədə xəbər yayıb.

Buna səbəb bu ilin əvvəlində Türkmənistanın İrana qaz ixracını dayandırmasıdır. Tehranın Aşqabaddan hansı məbləğdə kompensasiya tələb etdiyini açıqlamayan İran Milli Qaz Şirkətinin rəhbəri H. R. Araki bildirib ki, kompensasiya məbləği iddiada əksini tapıb və həmin iddia Aşqabada da təqdim edilib. Bununla bərabər, Türkmənistan qazının svop çərçivəsində İran üzərindən Azərbaycana nəqli də davam edir.

Xatırladaq ki, İran və Türkmənistan arasında qaz qalmaqalı 2016-cı ilin sonlarında başlayıb. “Turkmenqaz” qaz satışı ilə əlaqədar İran Milli Qaz Şirkətindən 1,8-2 milyard dollar tələb edib. Uzun müzakirələrdən sonra tərəflər qarşılıqlı razılığa gəliblər. Buna baxmayaraq, Türkmənistan 1 yanvar 2017-ci ildən İrana qaz ixracını dayandırıb.  (APA)

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …

Bir cavab yazın