Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İran Səudiyyə Ərəbistanına uçuşa qadağa qoydu – Gərginlik artır

İran Səudiyyə Ərəbistanına uçuşa qadağa qoydu – Gərginlik artır

İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik artıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran vətəndaşlarına qarşı cinsi təcavüz iddiaları ilə bağlı günahkarlar məhkəməyə çıxarılana qədər Səudiyyə Ərəbistanına ümrə uçuşlarına qadağa qoyulub.

Xatırladaq ki, vizalarında problem olduğu üçün ötən həftələrdə Ciddə hava limanında qalan iki iranlı gəncə təcavüz edilməsi, dünən isə İran hava yollarına məxsus İsfahan-Ciddə istiqamətində qalxan təyyarəyə eniş izni verilməməsi iki ölkə arasındakı gərginliyi daha da artırıb. İran daxili işlər nazirini köməkçisi təcavüzdə şübhəli bilinən hava limanı işçilərinin saxlanıldığını desə də İran bu gün verdiyi qərarla ümrə uçuşlarını dayandırıb.

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın