Şənbə , İyul 24 2021
Ana səhifə / İqtisadiyyat / İran səfiri: “Azərbaycanın ölkəmizə verdiyi kreditə dair müzakirələr gedir”

İran səfiri: “Azərbaycanın ölkəmizə verdiyi kreditə dair müzakirələr gedir”

“Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın dəmir yolu xətləri birləşir. Tikinti işləri başa çatdıqdan Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizində ən mühüm tranzit ölkələrdən olacaq”.

Bunu “Report”a a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

“Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur, amma nəzərdə tutmuşuq ki, ora qədər gələcəyik. Nəticədə körfəzdən dəmir yolu ilə İran və Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə yük daşınacaq. Bunun hesabına Azərbaycanla İran arasında dəmir yolu ilə daşınan yüklərin illik həcmini 2 milyon tona çatdırmaqla bağlı qarşımıza məqsəd qoymuşuq”, – deyə o, qeyd edib.

İran səfiri Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycanın ölkəsinə 500 milyon ABŞ dolları kredit ayırmaq barədə qərarından da danışıb və bu məsələyə dair müzakirələr getdiyini bildirib: “Kredit məsələsi Prezident İlham Əliyevlə son görüşümüzdə müzakirə edilib. Hazırda bu istiqamətdə bir sıra texniki problemlər var və onların aradan qaldırılmasında çalışırıq”.

Xatırladaq ki, Azərbaycan və İran həm də iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikintisini planlaşdırır.

Həmçinin oxuyun

ƏDV-nin qaytarılma səviyyəsi dəyişdirilsin – TƏKLİF

Azərbaycanda vətəndaşlara etdiyi ödənişlərə görə qaytarılan Əlavə Dəyər Vergisinin səviyyəsinin dəyişdirilməsi təklif edilir. Bu təkliflə …