Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / İran parlamentinin sədri seçildi

İran parlamentinin sədri seçildi

İran parlamentinin sədri mühafizəkarların təmsilçisi olan Əli Laricani seçilib.
Azinforum.az-ın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə. Ə. Laricani 290 deputatdan 173-nün səsini qazanıb.
Ə. Laricaninin rəqibi islahatçıların təmsilçisi, keçmiş vitse-prezident Məhəmməd Reza Aref olub. İslahatçılarla mühafizəkarların mütləq üstünlüyə sahib olmadığı parlamentdə səsvermə zamanı müstəqil deputatlar həlledici rol oynayıb.
Qeyd edək ki, İran parlamentinə seçkilər noyabr ayında keçirilib. Prezident Həsən Ruhaninin islahatlarını dəstəkləyən kursun tərəfdarları 143 yer qazanaraq parlamentdə ən böyük fraksiyaya çevrilib. Lakin islahatçılar parlamentdə mütləq çoxluğa nail ola bilməyib. Şənbə günü yeni parlament ilk iclasını keçirib.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın