Ana səhifə / İqtisadiyyat / İran parlamentinə İŞİD hücum edib – İsrail mənbəsi

İran parlamentinə İŞİD hücum edib – İsrail mənbəsi

İran parlamentinə və imam Xomeyni məqbərəsinə edilən hücumlar barədə yeni məlumat yayılıb.
Azinforum.az  saytının xəbərinə görə, İsrail kəşfiyyat xidməti Mossad-a yaxınlığı ilə bilinən “Debkafile” portalı yazıb ki, hücumlar “İslam dövləti” (İŞİD) terror təşkilatı tərəfindən təşkil edilib.

Qeyd edək ki, İSNA agentliyinin məlumatına görə, 4 nəfər silahlı şəxs yerli vaxtla saat 10:30-da parlamentin binasına soxularaq mühafizə xidmətinin əməkdaşlarına nizamsız atəş açıblar.
Hazırda onların tutulması üçün əməliyyat keçirilir. Həmçinin məlumat verilir ki, insident nəticəsində bir nəfər ölüb səkkiz nəfər yaralanıb.
İmam Xomeyni mavzoleyində isə kamikadzenin özünü partlatması nəticəsində bir nəfər həlak olub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın