Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İran Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır

İran Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır

İran Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır.

Virtualaz.org xəbər verir ki, bu barədə İRNA rəsmi xəbər agentliyi İranın “National İranian Gas Exports Co” şirkətinin icraçı direktoru Əlirza Kameliyə istinadən bildirir.

Kameli deyib ki, bu layihə Gürcüstan və İran rəsmiləri arasında müvafiq razılaşmalara uyğun həyata keçiriləcək. “Bloomberg” agentliyi isə təxmin edir ki, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz  nəql edə bilər.

“Gürcüstan İrana qaz üçün müraciət edən sonuncu Qafqaz respublikasıdır. Əgər bu ölkəyə qaz ixracı planı həyata keçirilsə Qafqaz regionunun bütün respublikaları İran qazının istehlakçıları olacaq”-Əlirza Kameli bildirib.

İran hazırda Azərbaycanın Naxçıvan bölgəsinə və Ermənistana qaz nəql edir. İrandan Ermənistana nəql edilən qazın həcmi ildə 350-400 milyon kubmetrdir. Bu qaz İrəvandakı İES-in tələbatını ödəməyə yönəldilir.

Xatırladaq ki, Gürcüstan neçə vaxtdır qaz təchizatı mənbələrini şaxələndirmək üçün danışıqlar aparır. Bundan əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında bir neçə dəfə danışıqlar olub. Habelə Gürcüstan rəsmiləri deyiblər ki, İran qazının alınmasına dair danışıqlar da aparılır. İran qazı Gürcüstana ya Ermənistan, ya Azərbaycan üzərindən daxil ola bilərdi.

Gürcüstanın qaz təchizatının əsas hissəsini Azərbaycan təmin edir. SOCAR bu ölkənin qaz təchizatı bazarında inhisarçıdır. Lakin Gürcüstan hökuməti bildirir ki, SOCAR qaz təchizatını artırmaq və ölkənin sənaye müəssisələrinin artan tələbatını ödəmək imkanında deyil. Çünki Azərbaycanın özündə qaz çatışmır. Bu səbəbdən Gürcüstan kommersiya qaz bazarına İran və Rusiyanın qismində yeni oyunçular cəlb etməyə çalışır. Əgər bu plan baş tutsa Ermənistan ilk dəfə enerji daşıyıcılarının tranzitini cüzi həcmdə olsa, həyata keçirə biləcək.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın