Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “İran bütün dünyaya terror yayır”

“İran bütün dünyaya terror yayır”

İranın ABŞ və Avropa Birliyinin sanksiyalarından azad olmasına İsrail baş naziri Binyamin Netanyahudan sərt reaksiya gəlib.

Netanyahu bildirib ki, İran hətta «altılıq» ölkələri ilə saziş imzalayandan sonra belə, nüvə silahı əldə etmək istiqamətindəki cəhdlərini dayandırmayıb.

Üstəlik Tehran Yaxın Şərqdə sabitliyi pozmaqda və bütün dünyaya terror yaymaqda davam edir: «İran beynəlxalq aləm qarşısında götürdüyü öhdəlikləri rahat şəkildə pozur. İsrail İranın «altılıq» ölkələri ilə sazişinə əməl edib-etmədiyini diqqətlə izləməyə davam edəcək».

Baş nazir dünya güclərini bu məsələdə diqqəti İranın üzərindən ayırmamağa çağırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano isə hesab edir ki, İran nüvə proqramı ilə bağlı bütün öhdəlikləri yerinə yetirib.

Qeyd edək ki, Netanyahu ilk gündən məlum sazişə və Tehranla Qərb arasındakı danışıqlara qarşı çıxıb. Və İranı beynəlxalq aləmi aldatmaqda ittiham edib(azadliq.info).

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın