Ana səhifə / İqtisadiyyat / İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək

İran bu il Həcc ziyarətinə zəvvar göndərməyəcək

İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.

APA-nın verdiyi məlumata görə, İran hakimiyyəti Səudiyyə Ərəbistanını Həcc ziyarətinə mane olmaqda günahlandırır.

İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: “Təəssüf ki, iranlı zəvvarlar Həcc ziyarətinə gedə bilməyəcəklər”.

Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb.

Rəsmi Tehran ötən Həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı 464 iranlı zəvvarın həyatını itirdiyini əsas gətirərək belə bir tələblə çıxış edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın