Ana səhifə / İqtisadiyyat / İran Bakı-Tbilisi-Qars layihəsinin Təbrizədək uzadılmasını təklif edib

İran Bakı-Tbilisi-Qars layihəsinin Təbrizədək uzadılmasını təklif edib

“İran Bakı-Tbilisi-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib”.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb: “Bu, çox böyük layihədir və üzərində iş gedir. Bu layihə reallaşsa, dairəvi dəmir yolu yaranacaq. İran və Türkiyə layihə üzrə işlər aparmaqla bağlı razılıq ifadə edib”.

Cənub-Qərb nəqliyyat dəhlizinə toxunan A. Axundi onun çox uğurlu olacağını hesab etdiyini söyləyib: “Bu dəhliz region və dünyada olan dəhlizlərlə rəqabət apara biləcək. Əminəm ki, İran, Azərbaycan, Gürcüstan və Ukraynanın bu dəhlizlə bağlı əməkdaşlığı uğurlu olacaq.”

O, İran və Azərbaycan arasında infrastruktur sahəsində əməkdaşlığın çox yaxşı davam etdiyini qeyd edib: “Astara-Astara dəmir yolunun tikintisi davam edir. Azərbaycan tərəfi ilə Astaradan Rəştə qədər olan dəmir yolunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardıq. Bununla bağlı memorandum imzalanıb. Layihə ilə bağlı müqavilənin imzalanması da nəzərdə tutulur. Bundan sonra Azərbaycan layihənin inkişaf etdirilməsində iştirak edəcək.”

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …