Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / İran Azərbaycana kartof, soğan ixracına qadağa qoydu

İran Azərbaycana kartof, soğan ixracına qadağa qoydu

İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib.

Trend-in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.

A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …