Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İran 14 milyard sərvəti olan azərbaycanlını asacaq

İran 14 milyard sərvəti olan azərbaycanlını asacaq

İranda məhkəmə əvvəllər neft satışı ilə bağlı korrupsiya fəaliyyəti ittihamı üzrə həbs olunan yerli iş adamı Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib.

Publika.az xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyəti nümayəndəsinə istinadən İRNA məlumat yayıb.

Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin israf edilməsində müqəssir bilinib.

Xatırladaq ki, Babək Zəncani Türkiyədə yaşayan azərbaycanlı Rza Zərrabın ortağı kimi təqdim edilir. 42 yaşlı Zəncani 14 milyard dollar sərvətlə İranın ən varlı adamı sayılır. Cənubi Azərbaycanın Zəncan şəhərindəndir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın