İrəvanda vəziyyət gərginləşir, hakimiyyətə etiraz edənlərlə hökumət qüvvələri arasında ehtiraslar son həddə çatıb.
Şəhər polisinin rəhbəri Aşot Karapetyan jurnalistlərə bildirib ki, Xorenatsi küçəsində atışma olub, polislər arasında güllə yarası alanlar və hospitala yerləşdirilənlər var.
O, yaralananların neçə nəfər olduğunu deməyib və ümumiyyətlə, heç bir təfərrüat vermədən jurnalistlərə daha sonra müfəssəl məlumat veriləcəyini vəd edərək gedib.
Xəbərlərə görə, İrəvanda hakimiyyətə etiraz edənlər tərəfindən ələ keçirilmiş polis məntəqəsinin yerləşdiyi rayonda atəş səsləri eşidilib. Məlum olub ki, qiyamçılar havaya atəş açıblar.
Hakimiyyət qüvvələrinin müxaliflərə hücum etməsi barədə deyilənlər hələlik təsdiqlənməyib.
Musavat.com