Ana səhifə / İqtisadiyyat / İrəvanda girovluqda olan polislər azad edildi

İrəvanda girovluqda olan polislər azad edildi

Ermənistanın paytaxtı İrəvanda polis idarəsini ələ keçirən silahlılar son iki girovu azad edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, silahlı qrup Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yeqiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı sərbəst buraxıb.

Silahlılar bu addımı jurnalistlərlə görüşün keçirilməsi şərti ilə atıblar. Hakimiyyət silahlıların şərtini qəbul edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın