Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İrəvanda etirazlar yenidən başladı: etirazçılar aclıq edir

İrəvanda etirazlar yenidən başladı: etirazçılar aclıq edir

“İşığımız olmayacaqsa, çörəyimiz də olmasın”.
Azinforum.az-ın aravot.am–a istinadən verdiyi xəbərə görə, İrəvanın Baqramyan prospektində etirazçılar yenidən aclıq aksiyasına başlayıblar. Onlar Baş Prokurorluğa ərizə ilə müraciət edərək, hakimiyyətə qarşı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açmasını tələb ediblər. Etirazçı Ararat Badulyanın bildirdiyinə görə, birinci aclıq aksiyasında hökumət yetkililəri onları aldadıb:
“Bir aya yaxındır ki, səylərimiz bir nəticə vermir. Birinci aclıq aksiyasında bizi aldatdılar. Aksiyanı dayandıracağımız təqdirdə, bir neçə iştirakçını prezidentlə görüşdürəcəklərini dedilər. Amma on gündür vədlərinə əməl etmirlər. Amma bu dəfə aldada bilməyəcəklər. Eybi yox, işığımız olmayacaqsa, çörəyimiz də olmasın”.
Xatırladaq ki, işğalçı ölkədə elektrik enerjisi tariflərinin qalxması ilə ümumxalq etirazları başlayıb. Polislə toqquşmalar nəticəsində 1 nəfər ölüb, 276 nəfər isə hələ də həbsdədir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın