Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İrəvan qiyamçılarının liderləri həbs olundu

İrəvan qiyamçılarının liderləri həbs olundu

Məhkəmə İrəvanda polis alayının binasını ələ keçirmiş qiyamçı qrupun üzvü Aram Manukyanın həbs olunması barədə qərar verib.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu onun vəkili İnessa Petrosyan deyib.

Onun sözlərinə görə, hazırda Aram Manukyan və atası Pavlik Manukyan “Erebuni” tibb mərkəzindədirlər. O, həmçinin bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Pavlik Manukyanın həbsi üçün sorğu təqdim edib, lakin məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.

Hər ikisi Cinayət Məcəlləsinin 219-cu (bina və qurğuların alınması) və 235-ci (odlu silahl və döyüş sursatını qanunsuz saxlama) maddələri ilə ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Təsis məclisi”nin üzvü Alek Yeniqomşyanı da saxlayıb.

Xatırladaq ki, Alek Yeniqomşyan ASALA terror təşkilatının üzvüdür, 1980-ci ildə Cenevrədə əlində qumbara partlayıb və o, görmə qabiliyyətini itirib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın