Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İrəvandakı Belarus səfirliyi qarşısında Lapşin nümayişi: “Rədd ol!”

İrəvandakı Belarus səfirliyi qarşısında Lapşin nümayişi: “Rədd ol!”

Bu dəqiqələrdə Belarusun İrəvandakı səfirliyinin binası qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına etiraz olaraq nümayiş keçirilir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişdə deputatlar da iştirak edir. Müxalif deputat Nikol Paşinyan Belarus səfirinin ünvanına “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb, lakin səfirliyin əməkdaşları domofonla ona çatdırıblar ki, səfir yerində yoxdur və bəyanatı qəbul edə bilməyəcəklər. Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarları qışqırırlar.

*   *   *14:49

Bu gün Ermənistan parlamentində müzakirələr zamanı keçmiş baş nazir Qrant Baqratyan da bloqqer Lapşinin Azərbaycana ekstradisiyasına cavab olaraq Belarusu KTMT-dən və Avrasiya İttifaqından xaric etməyə çağırıb. “Mən alovlu çıxışlar etməyi xoşlamıram. Mexanizmlər var: müraciət edin, Belarus KTMT-dən, Avrasiya İttifaqından çıxarılsın. Tiqran Sərkisyanı (Avrasiya İtifaqının “hökumətinin” sədri) Minskdəki səfir Karine Minasyanla birlikdə geri çağırın. Müvafiq mexanizmlər var, burada boş-boş danışmaqla heç nəyə nail olmaq mümkün deyil”-o bildirib.

“İrs” fraksiyasından deputat Tevan Poqosyan isə deyib ki, parlament bu məsələ ilə balı növbədənkənar dinləmələr keçirib xarici işlər, müdafiə nazirlərini, digər müvafiq strukturların rəhbərlərini müzakirələr üçün çağırmalıdır.

Hakim Respublika partiyasından deputat Karen Bekaryan isə qeyd edib ki, Azərbaycanın məqsədi Lapşin deyil. “Azərbaycanın məqsədi odur ki, bizi hansısa ölkələrlə və ya strukturlarla düşmən edəcək addımlar atmağa qızışdırsın. Ona görə də biz növbəti addımlarımızı planlaşdıranda bunu nəzərə almalıyıq”-deputat deyib.

Digər deputat Samvel Farmanyana görə erməni ictimaiyyətinin nəzərində KTMT və Avrasiya İttifaqı, habelə Belarus kimi müttəfiq dəyərsizləşib. “Rusiya da dəyərdən düşür, ona görə gərək düşünsünlər”o deyib. Deputat Xosrov Arutyunyan da Belarusu pisləyib və əhalini Belarus səfirliyi qarşısına aksiyalara çağırıb.

*   *   *12:55

Qalmaqallı bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası Ermənistanda böyük məyusluq və panika yaradıb.

Virtualaz.org xəbər verir ki, Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyan əhalini küçələrə çıxaraq Belarus səfirliyinin qarşısına yürüş etməyə çağırıb. “Ermənistan vətəndaşlarını Belarus səfirliyinin qarşısına nümayişə çağırırq”-Paşinyan parlamentin bu günkü iclasında deyib.

Paşinyanın bildirdiyinə görə, nümayiş saat 15.00-də başlayacaq. Onun çağırışına hakim partiyadan deputat Xosrov Arutyunyan da qoşulub, o, əhalini səfirliyin qarşısına toplaşmağa çağırıb.

“Yelk” müxalif seçkiqabağı bloku da Belarus səfirliyinin binası qarşısında etiraz aksiyaları keçirəcəyini elan edib. Blokdan bildiriblər ki, bu aksiya da saat 15.00-də başlayacaq.

Ermənistanın hakim Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə parlamentdə Lapşinlə bağlı müzakirələrdə təklif edib ki, rəsmi İrəvan Belarusun KTMT hərbi blokundan xaric edilməsi məsələsini qaldırmalıdır. Çünki onun sözlərinə görə, Lapşinin ekstradisiyası Belarusun “müttəfiqlik öhdəliklərinə” zidddir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın