Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İrəvanda polis binasını zəbt edənlər hökumətə təslim olub – YENİLƏNİB

İrəvanda polis binasını zəbt edənlər hökumətə təslim olub – YENİLƏNİB

Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

Azinforum.az-ın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, – məlumatda deyilir.

***
Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

AZinforum.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.

“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, – deyə V.Avetisyan bildirib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın