Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İqtisadi zonalarda Prezidentin yeni xüsusi nümayəndələri – idarəçilikdə nə dəyişəcək?..

İqtisadi zonalarda Prezidentin yeni xüsusi nümayəndələri – idarəçilikdə nə dəyişəcək?..

Xəbər verildiyi kimi, Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi ləğv olunub.

İqtisadi zonalarda Prezidentin yeni xüsusi nümayəndələri idarəçilikdə nəyi dəyişə bilər və bunun ölkə iqtisadiyyatına nə kimi faydası olacaq?

İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir: “Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir. Bunun üçün xüsusi normativ sənədlər hazırlanır. Xüsusi İqtisadi zonalar üçün nəzərdə tutulan xüsusi vergi rejimi və ya güzəştlər, güzəştli kredit və maliyyə risklərinin investisiya baxımından minimallaşdırılması , işğaldan azad edilmiş rayonlarda məşğulluq və sosial proqramların reallaşdırılması məsələləri bilavasitə ölkə başçısının bilavasitə nəzarətində olması təqdir olunan haldır. Nümayəndə öz fəaliyyətinin nəticələrinə görə 1 ci şəxs qarşısında məsuliyyət daşıyır. Bu barədə daha geniş məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün vaxtaşırı şərh etdiyi görülən tədbirlər planı  fonunda verdi. Hətta minalardan təmizlənmiş ərazilərdə mərhələli şəkildə inşa edilən sənaye parklarının istifadəyə verilməsi barədə mütəmadi məlumatlar şərh edir. Qeyd etməliyik ki, XİZ nın yaradılması Azərbaycanda ilk tədbir deyil bundan öncə Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında Prezidentin ”2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanı” olub. Belə bir geniş tədbirin İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi, yaxın gələcəkdə ora köçürüləcək əhalinin məşğulluq problemlərinin həlli üçün atılan ən mükəmməl addımdır. Məlum olduğu kimi əmək fərdi və sosial rifahın əsasıdır .

İqtisadçının sözlərinə görə, artıq işğaldan azad edilmiş rayonlarda abadlıq-quruculuq işlərinə başlanılıb: “Bu işlərin daha da sürətləndirilməsi üçün ölkə Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” 19 yanvar 2021-ci il tarixli Fərmanı mühüm rol oynayacaq. Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edir. Artıq Fərmanın icrasına başlanılıb, bundan əvvəl Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.  Bu idarəetmə institutu birbaşa Prezidentin təşəbbüsü ilə yanvarın 19-da yaradılıb. Belə bir institutun yaradılması 2018-ci ildən başlanan islahatların tərkib hissədir. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həmin il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini, institusional islahatların həyata keçiriləcəyini bəyan etmişdi. Son illər ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Eyni zamanda, idarəçilik sistemində çevikliyi, operativliyi daha da artırıb və müasir çağırışlara uyğunluğu təmin edib. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …