Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İqtisadiyyat / İqtisadçı yeni qanun layihəsi təşəbbüsü ilə çıxış etdi

İqtisadçı yeni qanun layihəsi təşəbbüsü ilə çıxış etdi

QANUN LAHİYƏSİ

Bu layihədə heç bir təkliflər tikinti sektoruna aid edilmir.

Şərh :

Etiraf  etməliyəm ki, hazırda Azərbaycanda ən şəffaf qurumlardan biri İqtisadiyyat Nazirliyi yanında​ Dövlət Vergi Xidmətidir. ​ Bir zaman əhalinin mağazalarda, kafelərdə tez-tez rastlaşdığı sahibkarın işinə mane olan, istehlakçılara isə narahatlıq yaradan vergi əməkdaşlarının , siçan pişik oyunları demək olar ki, aradan qaldırılıb. Bu sistemdə Xüsusilə elektron auditin tətbiqi məmur və sahibkar münasibətlərinin məhdudlaşdırılmasına şərait yaratdı. ​ Bu isə öz növbəsində vergi sistemində korrupsiya və rüşvət probleminin həllinə əhəmiyyətli tövhələr verdi. Bu həmdə şəffalığın , hesabatlılığın bərpa edilməsində, kölgə iqtisadiyyatının aradan qaldırılmasında irəliləyişin əldə olunmasına səbəb oldu. Mən iqtisadiyyat Naziri Cənab Mikayıl Cabbarovun fəaliyyətini facebook səhifəsindən daim izləyirəm, onun inkişaf etmiş dünya ölkələrinin aparıcı şirkətlərinin rəhbərləri və iqtisadiyyat nazirləri ilə görüşləri, dünya təcrübəsinin öyrənilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi sahəsində gördüyü işlərə rəğmən demək olar ki, Azərbaycanda hələ bu qədər enerjili çalışan nazir olmayıb desəm yanılmaram. Bütün bunlar təqdirəlayiqdir.​
Lakin çatışmazlıqlar həmişə olub​ bu gün də var. Onları müəyyən etmək , aradan qaldırmaq daha etibarlı və əlverişli investisiya mühiti yaratmaq bu günün və sabahın başlıca tələblərindən biridir.​
Onların bəziləri qanunvericilikdə olan boşluqlarla bağlıdır, hansı ki, vergi münasibətlərinin hüquqi nizama salınmasında olduqca böyük əhəmiyyət daşıyır, digəri isə qanunvericiliyə əməl etməklə (fəaliyyətlə) bağlı məsələlərdir ki, onların da həlli üçün imkanlar məhdud deyil.

Dövlətin təyinatı təkmilləşdirilmiş hüquqdur, onun quruluşunun və rejiminin maksimum hüquqa uyğunluğudur.​ “Böyük Kantın dili ilə ifadə etsək , özünün çoxsahəli​ fəaliyyətində dövlət yalnız və yalnız hüquqa əsaslanmalı , bütün hərəkətlərini hüquqla razılaşdırmalıdır. Əks təqdirdə dövlət vətəndaşların ona inam və etibarını sarsıtmış olar”. Konsitusiyaya​ görə Azərbaycan hüquqi dövlətdir , bütün dövlət ​ hakmiyyəti orqalarının fəaliyyəti​ hüququn hökümranlığı və qanunun aliliyi prinsipinə əsaslanmalıdır. Əgər hər hansı qanunda boşluq varsa, o, ictimai narazılıq və sui istifadə üçün şərait yaradırsa dərhal aradan qaldırılmalıdır. Əlbəttə qanunçuluq ayrıca bir mədəniyyətdir . Bu mədəniyyət qanuna əməl etmək qanunudur.


ANTİK FİLOSOF DİOGEN DEMİŞDİR Kİ, ​ “DÖVLƏT ÖZÜ DƏ MƏDƏNİYYƏTİN​ MƏHSULUDUR , MƏHZ​ ONA​ GÖRƏ DƏ DÖVLƏTDƏN​ KƏNAR​ MƏDƏNİYYƏTDƏN​ FAYDALANMAQ​ OLMAZ “​ ​ ​ BÜTÖVLÜKDƏ​ HÜQUQ SİYASƏTİ ,​ ETİKA MƏCƏLLƏSİ,​ DAVRANIŞ​ KODEKSLƏRİ​ MƏHZ​ VƏTƏNDAŞ VƏ DÖVLƏT MÜNASİBƏTLƏRİNİN​ QAYƏSİNDƏ​ ​ HÜQUQİ​ NİZAMININ​ TƏMƏL​ PRİNSİPLƏRİNİ​ ÖZÜNDƏ​ EHTİVA​ ETMƏLİDİR . ​

Bütün bunlar dövlətin daha məzmunlu və​ təkmilləşdirilmiş​ ali hüquq forması olduğu barədə ictimai fikir formalaşdırmalıdır. ​ Elə etmək lazımdır ki, Qanunçuluq yaramazlar üçün alət deyil, ​ cəmiyyətdə ədalət yaratsın , insanların dövlətə inamını və sayğısını möhkəmləndirsin. ​ “Mənə görə ədalət islahdır, düzü etiraf etmək, doğruya tabe olmaqdır !” Elçin Qurbanov .​ Bütün bu ülvi niyyətləri nəzərə alaraq​ hazırda vergi sistemində sahbkarların və vergi orqanlarının qarşılaşdığı problemlərin həlli məqsədilə bir neçə təklif layihəsini ictimaiətin və dövlət orqanlarının diqqətinə ərz etmək istəyirəm. Qanunvericilikdə boşluqlar sahibkarları qanuni mənafelərinin pozulması, vergi orqanlarını ​ isə problemin aradan qaldırılması üçün hüquqi bazanın olmaması problemi​ ilə üz-üzə qoyur. Odur ki, diqqəti bir qədər də artırmağınızı sizdən xahiş edirəm !
Doğrudur​ vergi məcəlləsinin 24.0.2. maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vergi orqanlarının vəzifələrinə aid edilir. Lakin qanunvericilikdə boşluq və çatışmazlıqlar konkret məsələlərin həllində​ bəzən vəzifəli şəxsləri də çıxılmaz vəziyyətdə qoyur , bəzən ​ işə düzgün baxmaqdan​ yayınmasına, boyun qaçırmasına və məsuliyyət daşımamasına şərait yarada bilər. Ona görə də belə boşluqlar və çatışmazlıqlardan bir neçəsini diqqətə ərz edirəm !

  1. Məsələn : ​ Vergi orqanında olan məlumatlara əsasən həyata keçirilən kameral vergi yoxlamalarının nəticələri üzrə əlavə hesablanmış vergi məbləğinin sahibkarın hesabından silinməsi barədə sahibkar tərəfindən əsaslı sübutlar və dəlillər təqdim olunsa da araşdırma müddəti və nəticələri gözlənilmədən sahibkarın hesabına sərəncam göndərilir. Sahibkar belə hesablamadan və ya qərardan şikayət etməsinə baxmayaraq , hələ tam sübuta yetirilmədən hesablanmış vergi məbləğinin tələb edilməsi prosesi dayanmır.​ Məsələ ondadır ki, sahibkarlıq subyektinin bir neçə bankda hesabı olduğu halda da sərəncam onun bütün bank hesablarına göndərilir. Eyni borc məbləği bir neçə bankda dondurulur , hətta bir çox hallarda silinməsi də həyata keçirilir. Beləliklə hesablarına sərəncam qoyulmuş sahibkarlıq subyektinin fəaliyyəti ilk mərhələdə iflic vəziyyətinə düşür, daha sonra isə hələ sübut olunmamış vergi məbləğinin bir neçə dəfə​ hesablarından silinmiş olur. Sahibkarın ayrı-ayrı hesablarından silinməklə artıq ödənilmiş vergi məbləğinin geriyə qaytarılması məsələsi həm müddət baxımından , həm də icra baxımından çox çətin həll olunur. Əgər vergi ödəyicisinin Bank hesablarından hər-hansı birində sərəncamın icrası üçün vəsait varsa, digər hesablar üçün​ maneələr yaradılmamalıdır. Digər tərəfdən isə sübuta yetirilməmiş borclara görə sərəncam göndərilməməlidir. Beləliklə sahibkarlıq subyekti belə hallarda çıxılmaz vəziyyətə düşür .

2 .​ Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan Sadələşdirilmiş vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergitutulan əməliyyatlarının həcmi 200​ 000 manatı keçdiyi halda məcburi və ya könüllü olaraq ƏDV qeydiyyatına alındığı vaxta təsərrüfat subyektinin mal qalığının satışı əsasında yaranan dövriyyəyə 18 faiz dərəcə ilə ƏDV-nin ​ tətbiq edilməsi , daha sonradan isə Gəlir və ya mənfəət vergisi hesablanması sahibkarlıq subyektinin çox ciddi vergi və maliyyə riskləri ilə üz-üzə qoyur. Əgər sadələşdirilmiş vergi ödəyicisi tərəfindən ​ əmtəənin alışı Elektron qaimə əsasında həyata keçirilmişdirsə, onun ödədiyi pul vəsaitinin satış qiymətinə münasibətdə fərqi ƏDV məqsədləri üçün baza hesab oluna bilər. Daha sadə dillə ifadə etsək ​ EQ əsasında alınmış malların ödənilmiş dəyərindən ƏDV ​ məbləğini ayırmaqla əvəzləşdirmənin aparılması daha ədalətlidir. Çünki pərakəndə satış fəaliyyətini həyata keçirən sadələşdirilmiş vergi ödəyicisi​ malların və xidmətlərin alışını ƏDV ödəyicisi olan digər şəxslərdən heç də aşağı qiymətə almırlar. NHH-Qanunla müəyyən edilmiş həcmdə nağd hesablaşmalarda ƏDV məbləği malın dəyəri ilə birlikdə ödənilir, nağdsız hesablaşma isə satıcının hesabına Bank hesabı üzərindən ödənilir. İstənilən halda ƏDV ödəyicisi olan satıcı ƏDV məbləğini alıcı olan sadələşdirilmiş vergi ödəyicisindən alır. Satıcı tərəfindən aparılan satış əməliyyatı ƏDV-yə cəlb olunan əməliyyat kimi qiymətləndirilir. Amma buna baxmayaraq sadələşdirilmiş vergi ödəyicisi tərəfindən ödənilən ƏDV məbləği nəzərə alınmadığı üçün ödənilmiş ƏDV də nəzərə alınmır . Ona görə də həmin malların satış dövriyyəsindən birbaşa 18 faiz dərəcə ilə vergi hesablanıb ödənilməlidir. Bu isə iqtisadi cəhətdən mümkün deyil. Birbaşa zərər və iflas deməkdir. Ərzaq məhsullarının satışı mağazalarında elə mallar var ki, 0.5 faiz , bəziləri 10 və 15​ faiz ticarət əlavəsi , bəzi mallara isə çeşid xatirinə heç bir ticarət əlavəsi tətbiq olunmadan , ümumilikdə ortalama 8 və ya 10 faiz ticarət əlavəsi ilə işləyən sahibkar dövriyyədən 18 faiz​ dərəcə ilə vergini necə ödəyə bilər, Əməkhaqqlarını, DSMF,​ Kommunal, icarə və aşınma xərclərini necə qarşılaya bilər ? Axı belə olduqda vergilər iqtisadi mühiti və sahibkarlıq fəaliyyətini təşviq etmir. Problemli məsələlər istənilən halda sahibkarın xeyrinə həll olunmalı, onun vəziyyətini yüngülləşdirməli, maliyyə riskləri ilə üz-üzə qoymamalıdır ki, onun fəaliyyətinin davamlığı pozulmasın. Nəzərə almaq lazımdır ki, dövlət siyasətinin önündə vətəndaş rifahı dayanır. Nəyin bahasına olursa olsun iş yerləri bağlanmamalı,əksinə onlara dəstək verilməlidir ki, məşğulluğun səviyyəsi pisləşməsin.Çünki belə hallar dövlətin yükünü və məsuliyyətini artırır. Şəxsi təcrübəmə əsaslanaraq onu da qeyd etmək istərdim ki, bəzi hallarda kiçik həcmdə belə cərimə və ya maliyyə sanksiyaları sahibkarlıq subyektinin fəaliyyətini tamamilə iflasa apara bilir. Ona görə də ehtiyyatlı davranmaq mikro və kiçik sahibkarların qayğısına qalmaq lazımdır.

3. Digər məsələ isə sahibkarlıq subyektinin​ DSMF üzrə Məcburi Dövlət sosial sığorta , İşsizlikdən sosial sığorta, İcbari tibbi sığorta ödənişlərini vaxtında və tam şəkildə həyata keçirsə də , sistem tərəfindən bəzi hallarda bölüşdürmələrin vaxtında aparılmaması səbəbindən bölüşdürmə aparılana qədər faizlərin hesablanmasıdır. Bu da sui istifadə və ədalətsiz icra effekti yaradır. Sahibkar öz ödənişlərini intizamlı şəkildə icra etdiyi halda faiz öhdəliklərinə məruz qalmamalıdır. Belə olduğu halda intizamlı olmağın heç birmənası qalmır.
Bütün yuxarıdakı ülvi niyyətləri​ nəzərə alaraq !
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə aşağıdakı redaksiyada əlavələrin edilməsini təklif edirəm. Xahiş edirəm qanunvericilik təşəbbüsü hüququ olan şəxslər cəmiyyətdə vergi münasibətlərinin daha təkmilləşdirilmiş səviyyədə hüquqi nizama salınması üçün layihə təklifi nəzərə alsınlar !​
. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası​
65.8. ci maddəyə aşağıdakı redaksiyada (sətrin) əlavənin edilməsi
65.8. Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə həmin sərəncamda vergi ödəyicisinin digər banklarda hesablarının olması barədə məlumat əksini tapmalıdır. Sərəncamı alan bank təşkilatı vergi ödəyicisinin hesabları olduğu digər banklarla məlumat mübadiləsi əsasında sərəncamın icrası uyğun olan bank tərəfindən həyata keçirilir. Digər banklar sərəncamı müvafiq qeydlər əlavə edilməklə vergi orqanına geri göndərilməsini təmin edirlər.​ ​ ​ ​
Burada uyğun bank dedikdə, hesabında olan pul vəsaiti əsasında sərəncamın icrası mümkün olan Bank ​ nəzərdə tutulur
Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV
175-ci maddəyə 13- cü bənd əlavə edilir.
Maddə 175.13. Bu məcəllənin 157-ci maddəsində​ nəzərdə tutulmuş qaydada sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alınarkən vergi ödəyicisinin sahibliyinə qalan yalnız EQ əsasında alınmış malların dəyərinə əsasən hesablanmış ƏDV məbləği əvəzləşdirilir.
Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV
174-cü maddəyə 5-ci bənd əlavə edilir
Maddə 174.5. ​ Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği 175.13 maddəyə əsasən əvəzləşdirilməli verginin məbləği arasındakı fərqlə müəyyən olunur.

Layihənin ekspertizasını ayrıca veriləcək .

Elçin QURBANOV

Həmçinin oxuyun

Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”

Rusiya qazından başqa etibarlı təchizatçılara doğru şaxələndirmək üçün çox üsul var. ABŞ, Norveç və Azərbaycan …