Ana səhifə / İqtisadiyyat / İqtisadçı: Vergidən yayınan böyük ticarət mərkəzləri var

İqtisadçı: Vergidən yayınan böyük ticarət mərkəzləri var

Yetərincə böyük dövriyyəsi olan ticarət mərkəzlərində hələ də nağdsız hesablaşmalar aparılır. Məsələn, ölkədə hamının tanıdığı “Binə”, “Sədərək”, “Dərnəgül” və digər iri ticarət mərkəzlərində bütün hesablaşmalar bu gün də nağd şəkildə aparılır.

Bunu Bakupost.az -a iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.

Bu məsələni çox ciddi problem hesab edən iqtisadçı şübhə etmir ki, belə bir vəziyyət vergidən yayınmalar üçün münbit şərait yaradır.
Onun qənaətincə, ölkə miqyasında hesablaşmalarda sivil sistemin tam qurulub başa çatdırılması uzun prosesdir. Keçmişdən qalmış, bir çox iş adamlarının sərfəli, həm də rahat hesab etdikləri ödəniş qaydalarından birdən-birə imtina etmək bir o qədər də asan deyil:
“Bugün bəzi ticarət obyektlərində post-terminallar işləmir və ya onların bəzilərində köhnə kassa-nəzarət aparatları işləyir. Bu kassalardan verilən çeklər ƏDV-ni geri qaytarmaq üçün tələb olunan formada olmur. Əgər ticarət müəssisəsi alıcıya çek vermirsə, deməli o, dövriyyəsini gizlətməklə vergidən yayınmağa çalışır. Buna görə də vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdırlar”.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …