Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / İqtisadçı: “Çörəyin qiymətində artım qaçılmaz idi”

İqtisadçı: “Çörəyin qiymətində artım qaçılmaz idi”

“Çörəyin qiymətində artım qaçılmaz idi. Bunu ilin əvvəlindən proqnoz etmişdim. Dünya bazarlarında buğdanın qiyməti qalxmışdı. Azərbaycan da buna qarşı istəyir ki, idxal üzrə ƏDV olunsun – istəyir yerli istehsalçılara subsidiya verilsin və sair”.

Bunu iqtisadçı Pərviz Heydərov deyib.

İqtisadçı bildirib ki, nə güzəştlər tədbiq edilirsə, edilsin – xeyri olmayacaq, gec-tez qiymətlər qalxacaqdı:

“Bir məhsulda ki, idxaldan asılı olsa, dünya bazarında həmin şeyin qiymət dəyişikliyindən xilas ola bilməz. Bu, aksiomadır. Çox maraqlıdır, ən zəruri ərzaq məhsullarının qiymətləri artır, hökumətsə növbəti il üçünsə məsələn, istehlak qiymətləri indeksini – inflyasiyanı bu ildəkində aşağı səviyyədə proqnozlaşdırır…”

Həmçinin oxuyun

“ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb?

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri …