Ana səhifə / İqtisadiyyat / İqbal Məmmədovun şirkəti 2024-cü ilə bu qədər borcla girir

İqbal Məmmədovun şirkəti 2024-cü ilə bu qədər borcla girir

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkəti dövlətə milyonlarla borcu qalmaqdadır. 

Valyuta.az-ın məlumatına görə, deputatın qardaşı Fərmanın oğlu Ramiz Məmmədoun adına olan şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 392 min 859 manat 77 qəpik vergi borcu var.

Qeyd edək ki, ötən ilin fevral ayında bu rəqəm 9 milyon 666 min 469 manat 63 qəpik təşkil edib.  2023-cü ilin bitməsində bir gün qalmasına baxmayaraq deputatın şirkəti 2024-cü ilə də vergi borcu ilə daxil olur.

Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Həmçinin oxuyun

“SOCAR xaricdən aldığı benzini əhaliyə 2 dəfə baha satır”

Nazirlər Kabinetinin qərarına əsasən bu gündən etibarən 2024-cü ilin sonuna kimi ölkəyə idxal olunan “Aİ-92” …