Şənbə , May 25 2024
Ana səhifə / İqtisadiyyat / İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişlənib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:

– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

– əsas öhdəliyə xitam verildikdə;

– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

– ipoteka predmeti məhv olduqda;

– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

Həmçinin oxuyun

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 …