Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “iPhone 8”lə bağlı yeni məlumat

“iPhone 8”lə bağlı yeni məlumat

Bu ilin payız fəslində təqdim olunacaq “iPhone 8” modeli, xarici görünüşcə 2007-ci ildə satışa çıxmış orijinal “iPhone”a bənzəyəcək.

Azinforum.az  “technote”yə istinadən xəbər verir ki, “iPhone 8”in arxa paneli və kənar küncləri daha dairəvi formada olacaq. Beləliklə şirkət, 10 il bundan öncə satışa çıxmış orijinal “iPhone” modelinin dizaynını yenidən bərpa edəcək.

“iPhone 8”in arxa qapağı tamamilə şüşədən hazırlanacaq. Həmin şüşə isə 4 tərəfdən dairəvi formaya sahib olacaq” – deyə  vurğulanıb.

Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumatlara əsasən “iPhone 8” 5.8 inç OLED ekrana sahib olacaq. Bununla yanaşı digər flaqman modelinin ekran ölçüsü 5.15 inç olacaq. Ekran altında olacaq yerlər isə virtual düymələr və barmaq izi skanı üçün nəzərdə tutulacaq.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın