Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İntim xidmət göstərəcək danışan robortlar satışa çıxarılır – İNANILMAZ FOTOLAR

İntim xidmət göstərəcək danışan robortlar satışa çıxarılır – İNANILMAZ FOTOLAR

“Harmony” yeni nəsil bir seks robotudur – hərəkət edə bilir və danışır. Başı, göz qapaqları və dodaqlarının hərəkətləri olduqca kobud, nitqi qabiliyyəti isə daha məhduddur. Amma bu robot süni zəkanın son dərəcə insana bənzəyən bir görünüşə qovuşmasını təmin edən robot texnikası inqilabının bir hissəsidir. Bəziləri bunun insanların robotlarla qarşılıqlı təsiri sahəsində bir inqilaba yol açacağını deyərkən bəziləri də bunu robotlar haqqında ən mənfi görüş kimi xarakterizə edir.
“Böhranlı vadi” – deyə tanınan, robotlar və kuklaların insani görünüşə yaxınlaşmağa başlayarkən daha ürpətici hala gəldiyi nəzəriyyə ABŞ-ın Kaliforniya ştatındakı San Marcosda gerçəkləşib. Şirkətin binasının girişində belə iki insanabənzər müqəvva durur.
Buradakı digər müqəvvaların əksinə, üzərilərində alt paltarları de paltarlar var. Lobbinin divarları isə gözəl qadınların fotoşəkilləri ilə doludur. Bunları ancaq yaxından baxdıqda fotoşəkillərin həqiqi insan deyil, seks manikenlərinin fotoları olduğunu anlayarsanız.
Realdoll adlı seks müqəvvası markasının sahibi Abyss Creations şirkətinin meneceri Matt Mcmullen robortlar haqqında seks oyuncağından daha çox üstün olduqlarını deyir. Robotların şəxsiyyəti ağıllı telefona yüklənən bir proqram vasitəsilə müəyyən olunur. Seks robotunu almasanız belə proqramı yükləyərək telefonunuzda süni bir şəxsiyyət yaradaraq onunla qarşılıqlı əlaqəyə keçə bilərsiniz.
Moderator.az inanılmaz robortların bəzi fotolarını təqdim edir:

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın