Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / İnternet ticarətində yeni rekord: 25 milyard dollar

İnternet ticarətində yeni rekord: 25 milyard dollar

Çinin “Alibaba” şirkətinin noyabrın 11-də “Tənhalar günü”ndə internet ticarətində 25,3 milyard ABŞ dolları məbləğində yeni rekord qeydə alınıb. Ötən il bu rəqəm 18 milyard dollar olub.
Sutka ərzində Çin vətəndaşları, habelə 201 ölkədəki istifadəçilər “Tənhalar günü” ilə əlaqədar endirim kampaniyasından yararlanıblar. Bu dəfə 140 minə yaxın şirkət və mağaza “Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb.
Çinin ticarət şəbəkələri hər il noyabrın 11-də “Tənhalar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. (Azərtac)

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …