İngiltərə baş naziri Tereza May Rusiyanın təcavüzkar siyasətinə qarşı Polşaya 150 əsgər göndərəcəklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, İngiltərə ilə Polşa arasındakı münasibətlərin hər iki ölkənin də təhlükəsizliyi və rifahı üçün mühüm olduğunu vurğulayan May, ölkəsinin Avropa Birliyindən ayrılmağa hazırlaşmasına baxmayaraq, Polşa ilə tərəfdaşlığı gücləndirmək istədiklərini deyib.
“Birləşmiş Krallıq Varşavada keçirilən sammitdə Polşadakı əsgər sayını artırma sözü vermişdi. Polşanın şimal-şərqinə gələn ilin aprel ayında 150 əsgər və bir neçə zirehli vasitə yerləşdirmə qərarı aldıq.
Rusiyanın artan təcavüzkar mövqeyinin fərqində olmağımız və bunun qarşısını almaq üçün birlikdə çalışmağımız mühümdür. Minsk sazişi tətbiq olunana qədər, Rusiyaya qarşı sanksiyaların davam etməsi lazımdır. Suriya məsələsində isə Rusiyanın məsum vətəndaşlara qarşı dəhşətli bombardımanlarına son verməsi lazımdır” deyə May bildirib.