Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İnflyasiya əhalinin xərcləmələrinə necə təsir edib? – Rəqəmlər

İnflyasiya əhalinin xərcləmələrinə necə təsir edib? – Rəqəmlər

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq məhsul alıb.
Son 2 ayda 228 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alınıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi ümumi vəsait son bir ildə 17,1% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən vəsait 18,8%, qeyri-ərzaq mallarına xərclənən vəsait isə 15% artıb.
Onu da bildirək ki, son bir ildə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 17,3%, qeyri-ərzaq məhsullarının qiyməti isə 12,2% artığı üçün əhalinin ötən illə müqayisədə bu il daha çox məhsul almaq imkanları olmayıb.
Məsələn, ötən ilin ilk 2 ayında dəyəri 200 manat olan ərzaq məhsulu 17,1%-lik inflyasiyadan sonra bu ilin ilk 2 ayında 234,2 manat olub. Yeniavaz.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …