Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İnam Kərimov Fransada azərbaycanlı fermerlərə tərcüməçilik etdi – VİDEO

İnam Kərimov Fransada azərbaycanlı fermerlərə tərcüməçilik etdi – VİDEO

Fransanın Cournon-d’Auvergne şəhərində Sommet d’Elevage Beynəlxalq Heyvandarlıq Sərgisinin açılışı olub. 

Clermont-Ferrand şəhərinin meriyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir İnam Kərimovun təşəbbüsü ilə azərbaycanlı fermerlər də sərgini ziyarət edib. İnam Kərimov fermerlərimizə tərcüməçilik edib, onlara sərgidə nümayiş olunan mal-qara ilə bağlı məlumat verib.

Ümumilikdə, budəfəki sərgiyə 38 ölkədən 35 qonaq və 95 min iştirakçı qatılıb. Tədbirdə 70 növ olmaqla 2000 mal-qara nümayiş olunur. 

Hər il keçirilən sərgi oktyabrın 4-də başa çatacaq.

oxu.az

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …