Ana səhifə / İqtisadiyyat / İnək qanı ilə qidalanan qəbilə – FOTOLAR

İnək qanı ilə qidalanan qəbilə – FOTOLAR

XXI əsrdə texnologiya ilə tanış olmayan insan kütləsinə rast gəlmək mümkünsüz görünür.

Gununsesi.info xarici mətbuata istinadən məlumat verir ki, “Bodi” adlı qəbilə isə keçmişdəki qəribə bir ənənəni bu gün də davam etdirməkdədir. Belə ki, onlar ilin 6 ayını inək qanı içirlər.

Efiopiyanın Omo vadisində yarımköçəri həyat sürən Bodi qəbiləsi Enqai adlı tanrıya inanır. Burada hüquq qanunlarını yaşlılar təyin edir. Qəbilə üzvlərinin aralarında problem yarandıqda dava etmək əvəzinə, bir-birilərinə iribuynuzlu heyvan hədiyyə edərək münaqişəni bu şəkildə həll edirlər.

Köçəri həyat tərzini heyvanlardan götürüblər. Heyvanlar mövsüm dəyişdikcə köçə başlayanda qəbilə üzvləri də onları izləyir və nəticədə onların qanları ilə qidalanırlar.

Bodi qəbiləsi ağac budaqlarından hazırlanmış bir otaqlı evlərdə yaşayır. Evlərin düz girişində inək saxlayırlar.

Bu qəbilənin üzvləri digərlərinə nisbətən daha istiqanlıdırlar. Onlar öz ərazilərinə gələn turistlərə evlərində yer, hətta içdikləri inək qanından da verirlər.

Qəbilənin qadınları, əsasən, müxtəlif heyvanlara aid diş, dırnaq, tüklərdən bəzək əşyaları düzəldib, onları gələn turistlərə satırlar. Onların bəzilərinin aksesuar mağazaları da var. Kişilər isə ovçuluqla məşğul olur.

Bodi qəbiləsinin ən əsas xüsusiyyəti inək qanı içməkdir. Onlar hər il “Kök adam” yarışması keçirirlər. Yarışmaya qatılan iştirakçılar 6 ay ərzində qan içərək kökəlməlidirlər. Qalib gələn adam mükafatlandırılır.

Bu qəbilə ilə yaxından tanış olmaq üçün hər il xeyli turist Efiopiyaya yollanır.

18073562_1828656497457926_1167494317_n18073493_1828656564124586_1531317311_n18072739_1828656527457923_1778099026_n18072698_1828656544124588_52061486_n18072591_1828656514124591_1203393377_n18034998_1828656537457922_1590584083_n

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın