Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / İmişliyə xarici sərmayə qoyulacaq – Fotolar

İmişliyə xarici sərmayə qoyulacaq – Fotolar

Strateji planlaşdırma və investisiya siyasəti üzrə Arxangelsk vilayəti qubernatorunun Birinci müavini İkonnikov Viktor və onun nümayəndə heyəti İmişli rayonunda sahibkarlığın inkişafına sərmayə qoyulması ilə bağlı bu rayonda olublar.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qonaqlar və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ehtiramlarını bildiriblər.

Daha sonra onlar  Heydər Əliyev Mərkəzi ilə tanış olub və səfərin məqsədi barədə müzakirə aparıblar.

Səfər çərçivəsində Arxangelsk vilayəti qubernatorunun Birinci müavini, onu müşayət edən nümayəndə heyəti və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda yerləşən İmişli şəkər zavoduna, Şəkər zavodunun nəzdində fəaliyyət göstərən Şəkər yem zavoduna, Kəllə qənd zavoduna, İmişli Pambıq təmizləmə zavoduna və “ARAZ-KO” LTD istxana kompleksinə baxış keçirib və İmişli rayonunda hansı sahələr üzrə iş görülməsi barədə işgüzar söhbətlər aparılıb.

Yaxın gələcəkdə bu görüşün müsbət nəticələri olduğu vurğulanıb.










Həmçinin oxuyun

Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir …