Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / IMF:”Türkiyədə adambaşına milli gəlir 25 min dolları keçib”

IMF:”Türkiyədə adambaşına milli gəlir 25 min dolları keçib”

Türkiyədə əhalinin alıcılıq qabiliyyətinə əsasən adambaşına milli gəlir 25 min ABŞ dollarını keçib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Beynəlxalq Valyuta Fondu (IMF) çıxış edib.

Qurum bu göstərici ilə Türkiyənin bir sıra inkişaf etmiş ölkələri arxada qoyaraq dünyada 13-cü yeri tutduğunu bildirib.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı son illər sürətlə böyüyür. Əgər 2001-ci ildə bu ölkədə istehsal olunan ümumi daxili məhsulu (ÜDM) bazar dəyəri 200 mlrd. dollar təşkil etmişdisə, ötən ilin yekununda bu rəqəm 857 mlrd. dollar olub.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın