Cümə axşamı , May 23 2019
Ana səhifə / İqtisadiyyat / “İlin sonuna kimi uçot dərəcələri 3 dəfə artırıla bilər…” – EKSPERT

“İlin sonuna kimi uçot dərəcələri 3 dəfə artırıla bilər…” – EKSPERT

ABŞ dollar siyasəti ilə gündəmdə: ekspert Vüsalə Əhmədova: “Fond bazarında hadisələrin şok ssenari ilə inkişaf edəcəyi də istisna edilmir”

FED-in son qərarı dolların dünya birjalarında mövqeyini cüzi də olsa itirməsi ilə nəticələndi. Belə ki, mayın 2-də s ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında uçot dərəcəsinin 1,5 – 1,75% səviyyəsində saxlanılmasına qərar verildi. Qeyd edək ki, bundan əvvəl martın 21-də uçot dərəcəsi artırılmışdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hər nə qədər dolların bir qədər yumşalmasında və ölkəsinin ixrac qabiliyyətinin artırılmasında maraqlı olsa da, FED dolların dünyanın ən güclü valyutası kimi qalmasında maraqlıdır. Ekspertlər hesab edir ki, bu dəfə uçot dərəcələrinin artırılmasına gedilməsə də, iyun ayında baş tutacaq növbəti toplantıda bu baş tutacaq.

“Yeni Müsavat”a açıqlamasında ABŞ-ın dollarla bağlı yürütdüyü siyasəti şərh edən iqtisadçı-ekspert Vüsalə Əhmədova bildirdi ki, ölkənin iqtisadi göstəriciləri bu toplantıdan uçot dərəcələrinin artırılmasına zəmin yaratmadı: “FED may toplantısında uçot dərəcəsində gözlənildiyi kimi dəyişiklik etmədi. FOMC üzvləri səs birliyi ilə faizlərdə dəyişiklik etməmə qərarı aldılar və uçot dərəcəsinin 1,50-1,75% olaraq sabit saxlanılacağını bəyan etdilər. FED sonuncu dəfə mart ayında uçot dərəcəsini artırmış, 2008-ci il böhranından bu yana ən yüksək səviyyə müəyyən etmişdi. May toplantısında alınan bu qərar əmək bazarının güclənməsi, istehlak xərclərinin və iqtisadi fəaliyyətlərin mülayim olaraq artması ilə əsaslandırılır. Son aylarda ABŞ-da işsizlik səviyyəsinin aşağı olduğu qeyd edilir. İş yerlərinin sayının sürətlə artdığı görünür. Ev təsərrüfatlarının xərc səviyyəsi 2017-ci ilin dördüncü rübündəki güclü artımdan sonra yavaşlamış, əsas kapital üzrə investisiyalar isə böyüməyə davam etmişdi. Son 12 ayda inflyasiya səviyyəsinin də 2%-ə doğru yaxınlaşdığı diqqəti çəkir. Ümumiyyətlə inflyasiya səviyyəsinin 1,9%-ə yüksəlməsi FED-in uçot dərəcəsini bu dəfə artırmayacağını göstərirdi. Növbəti toplantının 12-13 iyun tarixlərində keçiriləcəyi planlaşdırılır. FED-in bu il ərzində daha 5 toplantısı baş tutacaq. ABŞ-da inflyasiya səviyyəsinin FED-in hədəflədiyi 2%-ə yaxınlaşması, iyun ayında uçot dərəcəsinin artırılacağı ehtimalını gücləndirir. Görünən o ki, Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi yaxın gələcəkdə daha sərt monetar siyasət izləyəcək”.

Vüsalə Əhmədova ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, monetar siyasətin sərtləşdirilməsində nəzərə alınan əsas parametrlər dolların möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının səmərəliliyinin artması, habelə fond bazarında azalmalardır: “Pul-kredit siyasətində bundan sonra tədricən ediləcək dəyişikliklər orta müddətdə iqtisadi fəaliyyətləri yavaş templərlə artıracaq və əmək bazarını gücləndirəcək. Amerika iqtisadiyyatının hələ ki, yaxşı vəziyyətdə olduğu görünür. Komitənin iqtisadi şərtlərin bu formada davam edəcəyi gözləntiləri böyükdür. FOMC uçot dərəcəsini bundan sonra maksimum məşğulluq və inflyasiya səviyyəsinə görə müəyyən edəcək”.

V.Əhmədova vurğuladı ki, FED uçot dərəcəsinin sabit saxlanılacağı ilə bağlı qərar çıxardıqdan dərhal sonra dollar dünyanın əsas valyutalarına nisbətdə bir qədər dəyər itirdi: “ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə dollar 0,1% ucuzlaşdı. Bu gün ABŞ valyutası əsas etibarı ilə dövlət qiymətli kağızlarının yüksək gəlirlərindən dolayı dəyərini qorumaqdadır. Fond bazarında hadisələrin şok ssenari ilə inkişaf edəcəyi də istisna edilmir”.

FED-in may toplantısı yüksək səviyyəli bəyanatlarla yadda qalmadığını deyən iqtisadçı ekspertin fikrincə, bu, bir növ iyun ayının ortalarında baş tutacaq toplantı öncəsi səssizlik ola bilər: “Bir qayda olaraq, monetar siyasət üzrə əsas qərarlar məhz dəstək məqsədli toplantılarda qəbul edilir. FED baza dərəcəsini son toplantıda da artıra bilərdi. Lakin belə bir qərar şok effekti yaradacaqdı. Məhz bu səbəbdən də, FED pul-kredit siyasətinin sərtləşdirilməsi kontekstində daha ehtiyatlı davranır. Hal-hazırda, ABŞ hökuməti tərəfindən iqtisadiyyatdakı vəziyyət qiymətləndirilərək, iyun ayına qədər baza dərəcəsinin artırılması sanki təxirə salınmış görünür. Tənzimləyici orqan mütləq şəkildə iqtisadiyyatdakı vəziyyəti, inflyasiya gözləntilərini və ticari müharibə risklərini nəzərə alacaq. İyun ayında uçot dərəcəsinin 1,75-2% səviyyəsinədək yüksəldiləcəyi istisna edilmir. İnflyasiya və işsizlik səviyyəsində artım gözləntiləri, il sonunadək uçot dərəcəsinin daha üç dəfə (2-2,25%-dək) artırılacağı ehtimalını da yaradır”.

Həmçinin oxuyun

Banklar Bakı finalına görə 24 saat işləyəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün …