Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İlham Əliyevlə Seyyid Əli Xameneyi Azərbaycan dilində danışıblar – Səfir

İlham Əliyevlə Seyyid Əli Xameneyi Azərbaycan dilində danışıblar – Səfir

Azərbaycan prezdenti İlham Əliyev Tehranda İranın Ali rəhbəri Seyyid Əli Xameneyi ilə görüşündə hər iki tərəf Azərbaycan dilində danışıb.

Bunu Moderator.az-a İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislamı Allahşükür Paşazadənin də iştirak etdiyi bu görüş protokoldan kənar formada çox səmimi şəraitdə keçib. Seyyid Əli Xameneyi Azərbaycan prezidenti ilə türk dilində danışıb və tərəflər iki ölkə arasındakı münasibətlərin indiki inkişaf dinamikasından məmnun olduqlarını və yaxın gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər eyni zamanda regionda yaranmış durumu və regiondakı təhdidlərə qarşı birgə mübarizənin zəruriliyini qeyd ediblər.

Allahşükür Paşazadə isə Azərbaycanda dövlət rəhbərinin dinə olan münasibəti və dinin inkişafına dəstəyi və görülən işlər barəsində İranın Ali rəhbərini məlumatlandırıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın