Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / İlham Əliyev mükəmməl liderdir – ABŞ generalı

İlham Əliyev mükəmməl liderdir – ABŞ generalı

Azərbaycan region üçün mühüm strateji ölkədir.

Trend-in məlumatına görə, bunu dekabrın 17-də jurnalistlərə ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun deyib:

“Bu mənim Azərbaycana birinci səfərimdir və mən sizə etdikləriniz üçün minnətdarlıq bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyev mükəmməl liderdir, mən onunla görüşüm üçün də minnətdaram. Biz Azərbaycan Prezidenti və müdafiə naziri ilə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə etdik”.

D. MakDyun dünyanın Azərbaycan kimi ölkələrə ehtiyacı olduğunu deyib.

“Azərbaycan Prezidentinin nəqliyyat sisteminin inkişafı üçün gördüyü işlər həm Azərbaycan, həm də bütün dünya iqtsadiyyatı üçün çox vacibdir”.

Nəqliyyat komandanı ABŞ-ın Azərbaycan hərbçiləri üçün treninqlər keçirdiyini də qeyd edib:

“Müstəqilliyin 25 ili ərzində Azərbaycan güclü tərəfdaşa çevrilib”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın