Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövləti başçısı ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. D. Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd edib. Amerika Yəhudi Komitəsinin icraçı direktoru D. Harris isə Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğulayıb. D.Harris təmsil etdiyi təşkilatın Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın