Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ildırım qoyun sürüsünü tələf etdi – FOTO

Ildırım qoyun sürüsünü tələf etdi – FOTO

Bursanın Kələs bölgəsində ildırım düşməsi nəticəsində 52 baş xırdabuynuzlu heyvan tələf olub.

Hadisə heyvandarlıqla məşğul olan Ramazan Kılıçın təsərrüfatında baş verib. O, oğlu Emre Kılıçla birgə 250 başlıq qoyun sürüsünü otlaqda otararkən qəfil leysan yağış başlayıb. Yağışdan qorunmaq üçün Kılıç heyvanlarını ağacın altına toplayaraq daldalanmağa çalışıb. Bu vaxt qəfil ildırım ağacın üzərinə düşüb. Nəticədə Ramazan Kılıçın 52 baş qoyunu tələf olub.

Hadisə yerinə gələn xilasedici dəstəsi lazımi araşdırmaları aparıb.(Moderator.az)

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın