Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İki ölkə dollardan imtina etdi

İki ölkə dollardan imtina etdi

İki ölkə bundan sonra ticarət dövriyyəsini avro üzərindən edəcəyini açıqlayıb

Avropa.info xəbər verir ki, İran və Cənubi Koreya 29 avqustdan etibarən avro üzərindən ticarət edəcəyi bildirilib.
İran rəsmi agentliyi İRNA-nın xəbərinə görə, xarici işlər nazirliyi beynəlxalq təhlükəsizlik və siyasi məsələlər idarəsinin baş direktoru Həmid Baidinejad, Tehranla Seul arasındakı ticarətdə Cənubi Koreyanın pul vahidi wonun avroya çevrilməsinin önündəki əngəllərin qaldırıldığını deyib.
Baidinejad bunun nüvə müqaviləsi çərçivəsində və ABŞ-ın təsdiqi ilə baş verdiyini vurğulayaraq, “Bu qərara görə, iki ölkə ticarəti dollardan istifadə edilmədən yalnız avro ilə aparacaq” deyib.
Cənubi Koreya iqtisadiyyat naziri də İran və Cənubi Koreyanın avro üzərindən ticarətə başlayacaqlarını açıqlayıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın