Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “İki devalvasiya hələ də təsirini göstərməkdə davam edir” –DEPUTAT

“İki devalvasiya hələ də təsirini göstərməkdə davam edir” –DEPUTAT

“2015-ci ildə baş vermiş iki devalvasiya ötən iki il ərzində maliyyə sahəsinə və bütünlükdə iqtisadiyata təsirini göstərməkdə davam edir”.

Bu sözləri  deputat Vahid Əhmədov “Turan”a bildirib. O qeyd edib ki, 2016-cı ildə manatın məzənnəsinin saxlanması üçün həddən çox maliyyə vəsaitləri xərclənib, Mərkəzi Bank məzənnə sabitliyi yaratmağa çalışıb, amma bu sabitlik ancaq 2017-ci ildə yaranıb: “Bunun da səbəbi odur ki, bir tərəfdən neftin qiyməti nisbi də olsa qalxdı, ölkənin ixrac əməliyyatları artdı, pul kütləsinə nəzarət gücləndirildi”, – deyə o hesab edir.

Deputat bildirib ki, pul kütləsinə nəzarət manatın dövriyyəsini alzaldıb, bu da öz növbəsində real sektorun inkişafına maneə olur: “Bank sektoru hələ də həmin devalvasiyaların şokundan çıxmayıb, kreditləşmənin azalması, problemli kreditlərin həcminin artması, bank sistemində davam edən neqativ proseslər bu devalvasiyanın hələ də öz nəticələrindən irəli gələn hallardır”.

İqtisadçı Natiq Cəfərliyə görə, devalvasiyadan sonrakı stress vəziyyəti davam edir. Onun fikrincə, Beyənlxalq Bankda, defolt həddində olan bəzi banklarda baş verən proseslər, 9 bankın bağlanması həmin bu “stressli durum”un sonuclarıdır: “Problemli kreditlərin artması, ölkədə kreditləşmənin 4 milyard azalması, inflyaisyanın 14%, ərzaq bahalaşmasının 18% həddində olması bu stressin nəticələridir”.

Ekspert hesab edir ki, əslində ölkədə üçüncü devalvasiya da baş verib. Belə ki, 2016-ci ilin əvvəlində manat dollara nisbətdə 1manat 50 qəpik həddində idi, indi isə 1 manat 70 qəpik həddində “sabitləşib. “Bu isə maanatın dollarla müqayisədə 10 %, avro ilə müqayisədə 22 % ucuzlşaması deməkdir”.

Natiq Cəfərliyə görə, burada manatın nisbi sabitləşməsini müsbət saymaq olar, amma bu sabitlik təbii sabitlik deyil, inzibati üsullar hesabına əldə olunan sabitlikdir. Xatırladaq ki, 2015-ci ildə (21 fevral və 21 dekabr) hökumət milli valyutanı iki dəfə devalvasiya etdi. Nəticədə manatın məzənnəsi dollarla müqayisədə 0.78 qəpikdən 1.55 manatadək zəiflədi.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …