Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İki böyük şirkət sementi bahalaşdırdı – Tikinti bazarında xaos yarana bilər

İki böyük şirkət sementi bahalaşdırdı – Tikinti bazarında xaos yarana bilər

Norm və Holcim qiymətləri qaldırdı.

Bu barədə AF Euro Home tikitinti materialları bazarından bildirilib. Məlumata görə, dekabr ayının 25-dən etibarən Norm və Holcim markalarına aid sementlərin qiyməti 5-6% artıb. Belə ki, 300 marka Norm və Holcim sementləri 5 manatdan 5.3 manata, 400 marka sementlərin qiyməti isə 6 manatdan 6.30 manata qədər bahalaşıb. Bununla belə, zavod qiymət artımının səbəbini açıqlamayıb. Bazardan bildirilib ki, sementin qiyməti artsa da digər tikinti materiallarının qiymətində artım müşahidə edilmir. Hətta bəzi tikinti materialları nisbətən ucuzlaşıb.
Fins.az

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …