Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / II İliya xalqı Gürcüstanda konstitusiyalı monarxiya qurmağa çağırıb

II İliya xalqı Gürcüstanda konstitusiyalı monarxiya qurmağa çağırıb

Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya gürcü xalqının ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.

II İliya Gürcüstanın qədim monarxiya olduğunu bildirib.

Katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib: “Bizi çar idarə edib.  Bu gün dünyanın bir hissəsində monarxlar var, hökmranlıq edirlər, ancaq ölkəni idarə etmirlər. Bu, konstitusiyalı monarxiyadır və ölkəyə sabitlik gətirir. Bu, yəqin ki, bu gün, sabah baş verməyəcək, ancaq biz keçmişi, bu günü və sabahı analiz etməliyik. Ümid edirəm ki, gürcü xalqı sülh yolu tapacaq”.  (APA)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın