Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / II Avropa oyunlarının Minskdə keçirilməsi rəsmiləşdi

II Avropa oyunlarının Minskdə keçirilməsi rəsmiləşdi

Minsk və Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi II Avropa oyunlarının 2019-cu ildə keçirilməsinə dair müqavilə imzalayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verirki, sənədi Minsk şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets, AOK-un prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiançiç, həmçinin Belarus və Avropanın digər idman rəsmiləri imzalayıb.

Yarış proqramına 15 idman növü daxil edilib. Buraya badminton, 3×3 basketbol, boks, güləş, velosiped idman növü, gimnastika, cüdo, karate, yüngül atletika, stolüstü tennis, çimərlik futbolu və s. daxildir.

Atletlər Minskdə 23 idman növü üzrə 189 mükafat dəsti uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, ilk Avropa oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın