Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İğdırda MHP-li və CHP-li azərbaycanlılar arasında qarşıdurma – Hadisəyə polis müdaxilə etdi (Foto)

İğdırda MHP-li və CHP-li azərbaycanlılar arasında qarşıdurma – Hadisəyə polis müdaxilə etdi (Foto)

İğdırda MHP-li və CHP-li azərbaycanlılar arasında qarşıdurma – Hadisəyə polis müdaxilə etdi (Foto)
Türkiyənin İğdır vilayətində millət vəkili çıxara bilməyən MHP və CHP üzvləri azərbaycanlılar arasında qarşıdurma yaşanıb.

Avropa.info xəbər verir ki, İğdır vilayətində HDP-nin iki millət vəkilinin seçilməsindən sonra MHP ve CHP üzvləri olan azərbaycanlılar arasında qarşıdurma yaşanıb.

MHP üzvləri olan gənclər səslərin bölünməsi səbəbilə CHP-nin namizədi olan sabiq millət vəkili Adil Aşırıma qarşı sərt mövqe nümayiş etdiriblər.

Vilayətin polis rəisi evinin qarşısında təhlükəsizlik məqsədilə polis təhkim edərək Aşırıma icazəsiz evdən çıxmamasını tapşırıb.

1995-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilən Aşırım qısa bir müddət sonra partiyasını ataraq başqa bir partiyaya keçmişdi. Daha çox azərbaycanlıların səsinə arxalanan CHP bu dəfəki seçkilərdə sadəcə 3463 səs toplaya bilib.

İki millət vəkili ilə parlamentdə təmsil olunan İğdır vilayətində seçkilərin qalibi HDP-nin namizədləri Mehmet Emin Adıyaman ilə Azərbaycan əsilli Kıznas Türkeli olublar.

CHP-nin namizədi Aşırım dünən şəhərdə gedərkən bir jurnalist ona yaxınlaşaraq “Seçkilərdə 25 min səs toplayacağınızı demişdiniz, bəs necə oldu ki, təxminən 3500 səs topladınız?” deyə soruşub.

Daha sonra namizədlə jurnalist arasında mübahisə yaranıb.Ətrafda olan MHP üzvləri hadisə yerinə gələrək jurnalistə dəstək olub və Aşırımı azərbaycanlıların səslərini bölməkdə ittiham edib.

Oraya toplaşan partiya üzvləri arasında qarşıdurma yaşanmasından sonra hadisə yerinə polis çağırılıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın