Şənbə , Yanvar 23 2021
Ana səhifə / İqtisadiyyat / İğdır-Naxçıvan qaz kəməri layihəsinin tamamlanacağı vaxt açıqlandı

İğdır-Naxçıvan qaz kəməri layihəsinin tamamlanacağı vaxt açıqlandı

İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

Həmçinin oxuyun

Daha bir neçə şirkətin Rusiyaya pomidor və alma ixracına razılıq verildi

Rusiyanın “Rosselxoznadzor” qurumu Azərbaycanın 13 müəssisəsinin Rusiyaya pomidor və alma tədarükünə icazə verib.TASS agentliyi bu …