Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İcra Hakimiyyəti bu şirkəti qalib elan etdi – Təmir üçün 1 milyon ödənəcək

İcra Hakimiyyəti bu şirkəti qalib elan etdi – Təmir üçün 1 milyon ödənəcək

Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilərək yenidən qurulacaq.

“Marja” xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti bu məqsədlə elan etdiyi təkliflər sorğusuna yekun vurub. Belə ki, “Azərtranss” MMC qalib elan edilib.

“Azərtranss” 933 min 623.8 manat alaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək. Gədəbəy Rayon İcra Hakimiyyəti və “Azərtranss” arasında müqavilə imzalanıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …