Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İcra hakimiyyətlərinin sevimli şirkətinə daha bir tender verildi

İcra hakimiyyətlərinin sevimli şirkətinə daha bir tender verildi

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə smeta sənədlərinin hazırlanmasının satınalınması üzrə tenderə yekun vurub.
Tenderin qalibi “TFM-Smart Project” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə tenderin qalibi arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 256,599 manat olacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Şirkət daha çox Bakı şəhər İcra Hakimiyyətinin böyük məbləğdə tenderlərinin qalibidir. Təkcə BŞİH ilə deyil, bir çox icra hakimiyyətləri ilə böyük məbləğdə satınalma müqavilələri imzalanıb. Hələ 2021-ci ildə şirkət BŞİH və ona tabeli qurumların eyni gündə iki – 260 və 290 minlik tenderlərinin qalibi olub. Şirkət 2021-ci ildən bu yana ümumi dəyəri milyon manatla hesablanan 53 satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, şirkətin sahibi Fərid Mikayılov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin mediada onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılıb. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 22 və 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir.
2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.
“TFM-Smart Project” MMC-nin rəsmi sahibi kimi Fərid Mikayılov göstərilsə də, əslində şirkət Hafiz Muxtarov adlı şəxsə məxsusdur. Şirkət hələ müsabiqənin qalibi elan ediləndə bu barədə mediada yazılıb. Hafiz Muxtarov isə MMC barədə iddialara aydınlıq gətirərkən özünü şirkətin faktiki sahibi kimi təqdim edib. Qaynarinfo

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …