Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İcra başçısının qəzada ölən qardaşı kimdir? – FOTO

İcra başçısının qəzada ölən qardaşı kimdir? – FOTO

Rusiya mətbuatında bu yaxınlarda yol qəzasında dünyasını dəyişən Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev haqqında geniş məqalə dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti olmuş Babayevin bura ilk gəlişindən, burada qurduğu biznes fəaliyyətindən və layiq görüldüyü yüksək mükafatlardan bəhs olunur.

Müəllif qeyd edir ki, Əliağa ilk tanışlığı 1992-ci ildə Qarabağda baş tutur. “Köhnə Volqa”da Babayevlə birgə hərbi əməliyyatların getdiyi Qarabağa yollanırlar. Müəllif qeyd edir ki, onlar Qarabağda nə baş verdiyini anlamaq üçün Şuşaya gedirdilər: “Təbii ki avtomatsız. Bizim silahımız videokamera, mikrafon və fotoaparat idi”.

Müəllif Ə.Babayev-in 1978-ci ildə Novosibirsk əyalətinə gəldiyini və burada ali təhsil aldığını qeyd edir. Daha sonra “Stroy-Siti” QSC-ni yaradır. Şirkət həm dövlət, həm də yerli əhəmiyyətli yolların tikintisi və təmirində böyük işlər görür. Göstərdiyi fəaliyyətlərə görə, Rusiyada “Şərəf və şöhrət” ordeni, “Rusiyanın ən yaxşı adamları” ensiklopediyasının diplom və medallarına layiq görülüb. Həmin medallar prezident Putinin əyalətə səfəri zamanı azərbaycanlı iş adamına təqdim edilir.

Məqalədə, həmçinin Əliağa Ababayevin 1998-ci mərhum prezident Heydər Əliyevlə görüşünü əks etdirən foto da dərc olunub.
İcra başçısının qəzada ölən qardaşı kimdir?

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın