Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İcra başçısını İsa peyğəmbərə oxşadan jurnalist

İcra başçısını İsa peyğəmbərə oxşadan jurnalist

Ermənistanın müstəqilliyiin 25 illiyi münasibətilə müxtəlif sahələrdə çalışanlar fəxri adlar alıb. Ermənistanda sosial mediada fəal müzakirə gedir ki, kim bu adlara layiqdir, kim layiq deyil.

Ən çox müzakirə olunan Ermənistan prezidentinin “Sünyants yerkir” qəzetinin və eyni adlı saytın baş redaktoruna Fəxri jurnalist adı verməsidir.

“168Jam” qəzeti yazır ki, cəmiyyətə bu jurnalstin yazıları və adı tanış deyil. Sosial mediada müzakirələrdə xatırladılar ki, Samvel Aleksanyan həmin jurnalistdir ki, avqustun 1-də Sünik rayonunun qubernatoru Surik Khachatrianı təbrik edəndə icra başçısını İsa peyğəmbərə oxşatmışdı.

ABOVİAN İDİ, OLDU KİRKORİAN

Gümridə şəhər günü bayram edilib. Yenidənqurmadan sonra şəhərin əsas küçələrindən olan Abovyan küçəsinin adı dəyişdirilib. Küçəyə erməni mənşəli amerikalı milyarder Kirk Kirkoryanın adı verilib. Bunu Aravot qəzeti yazır.

Bu küçənin adı şəhərdə baş verən dəyişiklikləri və əhvalı çox yaxşı əks etdirir.

Çar Rusiyası dövründə küçənin adı Aleksandr küçəsi idi, sovet vaxtı yazıçı Abovyanın adı verildi. Bazar iqtisadiyyatı dövründə isə xeyriyyəçi və sərmayəçi milyarderin adı verilir.

Dilçi Marietta Khachatrian hesab edir ki, Kirkorianın adını başqa küçəyə də vermək olardı, erməni ədəbiyyatının klassiki və böyük humanist Abovianın adını daşıyan küçənin adının dəyişdirilməsi yolverilməzdiur.

MONOPOLİYA İLƏ NƏ ETMƏLİ?

Birinci Erməni İnformasiya Kanalı yazır ki,hakimiyyətlə biznes bir-birinə qarışıb, bu da iqtisadi inkişafa maneədir. Kanal ehtimal edir ki, “tutaq ki,bizneslə hakimiyyəti ayırdılar, onda bu da inkişafa imkan verməyəcək, çünki oliqarxların, monopoliyaların əlində ifrat kapital toplanıb. Çevik, talantlı biznesmenləri bu kapital boğacaq. Özü də tam qanun çərçivəsində hərəkət edərək.”

Birinci Erməni Milli kanalı çıxış yolunu qismən də olsa, milliləşdirmədə görür. O yazır ki, bu problemə hansı tərəfdən yanaşılır-yanaşılsın oliqarxlarla, monopoliyalarla mübarizə milliləşdirmə tələb edir və Ermənistanda istənilən hakimiyyət bu problemlə üzləşəcək. Azadliq.org

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın