Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İçərişəhərdə Koreya kənd təsərrüfatı sərgisi keçiriləcək

İçərişəhərdə Koreya kənd təsərrüfatı sərgisi keçiriləcək

Ümumdünya Turizm günü münasibətilə Koreyanın ölkəmizdəki səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (Koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən sentyabrın 27-də Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi keçiriləcək.

Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda – Qız Qalası yaxınlığında təşkil olunacaq. Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edə biləcək.

Tədbirin programına Koreya kənd təsərrüfatı məhsullarından dadmaq, Koreyanın milli çay mədəniyyətinin nümayişi, içkilər və çay, zəngçiçəyi armud şirəsi, innab çayı, sitron çayı, omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı, eləcə də spirtli içkilər seriyasından sitron ətirli Socu (Koreyanın milli şərabı), Makgeoli (düyüdən hazırlanmış milli likyor), Liqanqju, qəlyanaltılardan qızardılmış şirin kartof, qızardılmış şabalıd, buğda unundan hazırlanmış Koreya milli ballı peçenyeləri, düyü unundan hazırlanmış Koreya şirniyatları və sair daxildir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …